Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Türkiyə nə qədər güclü olsa, biz də güclü olarıq "

Azərbaycan Prezidenti:

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev ortaq mətbuat konfransı keçirib.
Xeberinfo.com:  Prezident İlham Əliyev sözə Ankara terrorunun qurbanlarını yad edərək, başlayıb: “Ankarada baş verən terror hücumu ilə bağlı Azərbaycandan Türkiyəyə başsağlığı mesajı gətirdim. Allah ölənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Biz bu gün Türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı gündə də, pis gündə də birlikdəyik. Bu hücumlar Türkiyəni sarsıtmaz. 25 ildir ki, Türkiyə ilə Azərbaycan birlik və həmrəylik göstərir”.
Dövlət başçısı Türkiyənin dünyada zirvələrə yüksəldiyini qeyd edib: “Bizim müstəqilliyimizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq. Bu gün Türkiyə ilə Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir. Bizim xalqlarımızın birliyi və qardaşlığı əsas məsələdir. Biz bu əsas məsələ üzərindən dostluğumuzun, qardaşlığımızın binasını inşa edirik. Bu gün burada imzaladığımız sənədlər birliyimizin işarəsidir. Türkiyə dünya çapında güc mərkəzidir. Əziz qardaşımızın yorulmaz işləri ilə Türkiyə dünyada zirvələrə yüksəlib. Türkiyəyə dünyada göstərilən qayğı və hörmət bizi sevindirir. Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olub. Türkiyə kimi böyük dövlətin bizə verdiyi dəstək bizim üçün çox vacibdir. Türkiyə ilə Azərbaycan TANAP layihəsinə dəstək verdi”.
 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam