Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Hökmdarın arvadı 40 milyon dollar götürüb uşaqları ilə birlikdə ölkədən qaçdı-Almaniyaya

 

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Dubay əmirliyinin şeyxi Muhammed ibn Rəşid əl-Məktumun arvadı evdən 40 milyon dollar götürərək uşaqları ilə birlikdə ölkədən qaçıb.

Yenixeber.org: Bu hadisə haqda “The Sun” qəzeti yazır. Şahzadə Həyya bint əl-Hüseynin Almaniyaya qaçdığı və bu ölkədən siyasi sığınacaq istədiyi məlum olub.

Xəbərə görə 45 yaşlı şahzadə özü ilə birlikdə iki uşağını-11 yalı qızını və 7 yaşlı oğlunu da aparıb. Əl-Məktum Almaniya hakimiyyətinə müraciət edərək ailəsinin Birləşmiş Ərəb Əmirliklərinə qaytarılmasını xahiş edib, amma Berlində ona rədd cavabı veriblər. Bu üzdən iki ölkə arasında diplomatik münasibətlər gərginləşib.

Muhammed ibn Rəşid əl-Məktum baş nazir olmaqla yanaşı ölkənin vitse-prezidenti postunu da tutur, eyni zamanda Dubay əmirliyinin hökmdarıdır.

Qəzet yazır ki, Həyya bint əl-Hüseyn 2019-cu ilin fevralından publika qarşısında görünmürdü. Onun ölkədən hansı yolla qaçdığı haqda heç nə deyilmir. Bununla belə məlumdur ki, şahzadə gedərkən özü ilə 40 milyon dollar nəğd pul aparıb. O, Almaniyadan siyasi sığınacaq istəyib və məhkəməyə boşanma ərizəsi verib. Pulları isə özünə "yeni həyat qurmaq üçün" xərcləyib. Həyya bint əl-Hüseynin "təhlükəsizliyi ilə bağlı qorxduğu üçün" ölkədən qaçdığı bildirilir.

Həyya bint əl-Hüseyn İordaniya kralı I Hüseynin ailəsində anadan olub və 2004-cü ildə Dubay hökmdarı ilə evlənib, onun kiçik arvadı olub.

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti əl-Məktumun ailəsinin ölkədən qaçması haqda xəbərləri şərh etmir.

2018-ci ildə əl-Məktumun digər arvadından olan qızı, şahzadə Lətifə bin Muhammed əl-Məktum da “ailədə tətbiq edilən məhdudiyyətlərdən can qurtarmaq üçün” ölkədən qaçmağa çalışmışdı. Lakin onu tutub Dubaya geri qaytarmaq mümkün olmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam