Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Poroşenko Krıma görə Yanukoviçi ittiham etdi –“Cinayətə yol verib”

Poroşenko Krıma görə Yanukoviçi ittiham etdi – “Cinayətə yol verib”

Ukranyanın keçmiş Prezidenti Pyotr Poroşenko Krımın ilhaqında sələfi Viktor Yanukoviçin məsuliyyət daşıdığını bildirib.

Yenixeber.org: Poroşenko bunu Kiyev Apellyasiya Məhkəməsində Yanukoviçin “dövlətə xəyanət işi” üzrə keçirilən prosesdə dilə gətirib.

“Dünyanın və beynəlxalq hüququn Rusiyanın aqresiyyası kimi yanaşdığı ərazi itkilərinə görə Viktor Yanukoviç məsuliyyət daşıyır”, - deyə keçmiş Prezident vurğulayıb.

.Poroşenkonun fikrincə, Yanukoviç “Rusiyanın işğalçı qüvvələrini” Ukraynaya dəvət etməklə cinayət törədib.  O iddia edib ki, 2014-cü ildə Krıma səfər edərkən orada Rusiya hərbi qüvvələrini şəxsən görüb.

Müdafiə tərəfinin ona bir Prezident kimi qarşısına Yanukoviçi mühakimə etmək vəzifəsini qoyub-qoymadığı barədə sual verib. Poroşenkonun cavabı belə olub: “Prezident kimi mənim vəzifəm hüququn aliliyini və demokratiyanı təmin etmək olub”. 

O, həmçinin Oblonski Rayon Məhkəməsinə “Yanukoviç işi”nə görə təzyiq etməsi barədə iddiaları təkzib edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam