Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident axtarışa verildi

 

 

        Ukraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviç barəsində axtarış elan edilib.
   
   "xeberinfo.com" “İnterfaks”a istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin səlahiyyəitlərini icra edən Arsen Avakov bildirib.  
       Nazir Facebook səhifəsində yazıb ki, Viktor Yanukoviçə qarşı dinc vətəndaşların kütləvi qətli maddəsi ilə cinayət işi başlanıb. Avakov bildirib ki, Viktor Yanukoviç Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyevlə birliklə Krımdan naməlum istiqamətdə gedib.
     Viktor Yankoviç Krıma fevralın 23-ü gedibmiş. O, özəl sanatoriyalardan birində gecələyib. Sonra keçmiş prezident xəbər tutub ki, güc strukturlarının yeni rəhbərləri Kırma gedirlər və sanatoriyanı təcili tərk edib. 
    Saat 23.50-də Viktor Yanukoviç mühafizəçiləri ilə toplantı keçirib. Onlardan kimin onunla qalmaq, kimin yollarını ayırmaq istədiyini soruşub. Bəziləri keçmiş prezidentdən ayrılmaq istədiklərini bildiriblər və Viktor Yanukoviç onlarla sağollaşıb. Sabiq prezident həmin dəqiqədən etibarən dövlət mühafizəsindən imtina edib və naməlum istiqamətdə gedib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam