Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Karantin cərimələri bu halda silinə bilər- RƏSMİ

 

 İcazə portal və Daxili İşlər Nazirliyinin informasiya sistemi bir-biri ilə tam inteqrasiya olunub. İcazə portalına şxəsin icazəsi düşübsə, nazirliyin sisteminə də düşür və polislər planşet vasitəsilə bunu görürlər.
Yenixeber.org: Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, icazə sistemi mütəmadi olaraq yoxlamalardan keçirilir ki, hansısa neqativ hal baş verməsin.

“Sistemdə şəxsin icazəsi varsa, aktvidirsə, ona karantin müddətində icazə verilmiş sayılır.
Texniki səbəbdən bu görünməyibsə, cərimə yazılıbsa və əgər araşdırılıb təsdiqini taparsa, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə silinə bilər. Lakin fikrimcə, bu dövrdə belə texniki xəta yaşanmayıb”.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev qeyd edib ki, vətəndaşların hərəkəti üçün məlumatlar portalda aşkarlanmırsa, bu, artıq karantin rejiminin pozulması hesab olunur.

“Portal yoxlanarkən vətəndaşın özünə də göstərilir. Belə hallar var idi ki, həmin şəxs barədə protokol tərtib edildikdən 15-20 dəqiqə, bəzən 1 saat sonra məlumatlar daxil edilirdi. Biz deyə bilmərik ki, həmin şəxsin işlədiyi təşkilatın rəhbərliyi informasiyanı gec yükləyib, onu işə tez çağırıb. Bu halda inzibati material ləğv edilə bilməz. Çünki polis onu saxlayarkən, haqqında məlumat portalda olmayıb. Lakin bəzi şxəslər bildirmişdi ki, onlar haqqında müraciət daxil edilib, sonra silinib və 1 saat sonra yenidən daxil edilib. Bu, əgər texniki problemlə bağlıdırsa, bunu təsdiq edən sənəd təqdim edilərsə, qərar ləğv oluna bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam