Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Növbə götürməyən vətəndaşlar-ASAN-a buraxılmayacaq

 

"Qabaqcadan növbə götürməyən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə buraxılmayacaq. Bütün görülən tədbirlər vətəndaşların rahatlığı üçündür".

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, karantin müddətində "ASAN Xidmət"in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib:

"Eyni zamanda, SMS icazə vasitəsi ilə SMS icazə vasitəsilə aprelin 5-dən 25-dək 20 milyon SMS qəbul olunub. Gündəlik təxminən 1 milyon civarında SMS qəbul edirik. 700-800 min insan gündəlik SMS vasitəsilə icazə alır və işlərini həll edir. Nazirlər Kabinetinin qərarı ilə icazə müddəti 2 saatdan 3 saata artırılıb. Eyni zamanda 2 kodu vasitəsi ilə əlavə olaraq "ASAN xidmət" üzrə xidmətləri əldə edə biləcəklər. Vətəndaş "ASAN xidmətə gəlmək istəyirsə, birinci növbə götürsün, sonra evdən çıxmaq üçün icazə alsın. Bu vətəndaşın vaxtının idarə edilməsi üçün lazımdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam