Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Türkiyədə -çimərlik mövsümü açılır, yeni qadağalar açıqlandı

Türkiyədə iyunun 1-dən parklar, kafelər, restoranlar, hovuzlar və çimərliklər rəsmi olaraq açılacaq.

Yenixeber.org: Fəaliyyətini bərpa edəcək həmin müəssisələr yeni qaydalarla işləyəcək.

Bildirilib ki, Konyaaltı rayonunda yerləşən uzunluğu 6 km-dən çox olan Antalya çimərliyi 4 günlük komendant saatından sonra yeni şəraitdə fəaliyyətə başlayıb. 

Məlumata görə, bir ailə doqquz kvadratmetrlik sahədə günəş çarpayıları quraşdıra biləcək. Hər turistdən sonra onun olduğu yer azı 20 dəqiqə boş qalmalı və dezinfeksiya edilməlidir. Turistlərə öz məhrabalarında günəş vannası qəbul etmək və istədikləri yerdə dincəlmək qadağan olunacaq. Bundan sonra çimərlikdə siqaret çəkmək qadağandır. Çünki xidmətçilərin səhhəti üçün siqaretlərin qalığını təmizləmək əlavə risk sayılır. Qəlyan çəkmək də qadağalar siyahısına düşüb.

İcazə verilmiş su idmanı məlum deyil. Ancaq dəniz gəzintisinə icazə veriləcək.

Türkiyədə antikoronavirus sertifikatlaşmasından keçən otellərin iyundan fəaliyyətə başlamasına icazə verilsə də, işə başlamaqla bağlı son sözü sahibkarlar deyəcək. Beynəlxalq hava reysləri mərhələli şəkildə bərpa olunacaq. Əvvəlcədən dərc edilən qrafika əsasən, Rusiyadan olan reyslər iyulun 15-dən qəbul ediləcək.  


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam