Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"Koronavirus testlərinin səhv çıxma ehtimalı var" - TƏBİB-dən AÇIQLAMA


Dünyada 362 mindən çox insanın ölümünə səbəb olan 6 milyona yaxın insanın yoluxduğu COVID-19 pandemiyası hələ də davam etməkdədir. Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 191 nəfər yeni növ koronavirusa yoluxub, 2 nəfər isə vəfat edib. Ümumilikdə isə 4759 nəfərdə koronavirus aşkarlanıb. Məlumat üçün deyək ki, koronavirus testləri Azərbaycana Almaniyadan gətirilir ancaq, bəzi hallarda testlərdə yanlış diaqnoz hallarının müşahidə edilməsi mümkündür. Bu səbəblə bir çox xarici ölkədə test edilən şəxslər bir neçə dəfə yoxlandıqdan sonra onlar barəsində dəqiq qərar verilir. Bəs, Azərbaycanda bu proses necə tənzimlənir?
Yenixeber.org: Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında bildirdi ki, koronavirus testləri 10-15 faiz səhv çıxa bilər:
"Bu proses bütün dünyada belədir. Ancaq bizdə hələki yanlış diaqnoz faktı qeydə alınmayıb. Bizdə şəxslər ən qısa vaxtda test edilir, əgər cavablar müsbətdirsə, ondan sonra həmin şəxs karantin zonasına gətirilir və xəstəxanada müalicə prosesi başlayır".
Rəvanə Əliyeva bildirdi ki, Azərbaycanda hər hansı şəxsdə ilk dəfədən koronavirus testləri müsbət çıxıbsa o artıq xəstə hesab edilir və karantin bölgəsinə, digər xəstələrin yanına yerləşdirilir:
"Daha sonra həmin şəxs ikinci dəfə yoxlanılır və cavab mənfi çıxırsa bu o deməkdir ki, xəstə bizə gec müraciət edib və artıq sağalıb".
R. Əliyevə xəstələrin sağaldıqdan sonra evə buraxılma prosesindən də danışdı:
"Qeyd edim ki, koronavirusa yoluxmuş müalicələrdən sonra testin cavabı mənfi çıxıbsa o, dərhal evə buraxılmır. 5-7 gün sonra yenidən yoxlanılır və əgər ikinci dəfə də testin cavabları mənfi çıxırsa ondan sonra həmin şəxs karantindən sağalmış halda buraxılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam