Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda koronavirus testi harada keçirilir və kimlərin test ediləcəyinə necə qərar verilir? – TƏBİB-dən AÇIQLAMA


“Azərbaycanda koronavirus testləri xüsusi laboratoriyalarda keçirilir”.
Yenixeber.org: Bu sözləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib. O bildirib ki, cavabların bəlli olması müddəti isə müxtəlifdir:
“Azərbaycanda koronavirus testləri xüsusi laboratoriyalarda keçirilir. Cavabların bəlli olması vaxtı isə müxtəlifdir. O laboratoriyanın yüklənməsindən asılı olaraq dəyişir. Pozitiv olanda zatən həmin şəxsi gəlib götürürlər. Hələ ki, neqativlərin cavabı deyilmir”.
R. Əliyeva bildirdi ki, kimlərin koronavirus testindən keçməsi isə, bununla bağlı 103-ə daxil olan məlumatlardan asılıdır:
“Kimsə özündə xəstəlik əlamətləri hiss edirsə 103-ə zəng vurur (Bakıdan kənar 113-ə), əlamətlərini deyir. Suallar əsasında çağırış ya qəbul olunur, ya qəbul olunmur. Çağırış qəbul olunarsa evə təcili tibbi yardım gəlir. Evdə müayinədən sonra həkim qərar verir ki, ondan analiz üçün nümunə götürülsün, yoxsa yox. Nümunə götürüldüyü halda həmin şəxsə nümunənin cavabı çıxana qədər ev karantini tətbiq olunur. Neqativdirsə həmin adam gedib özü soyuqdəymə müalicəsi alır. Yox əgər, pozitivdirsə, gəlib onu xüsusi rejimli xəstəxanaya aparırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam