Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

4701 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib-2019-cu ildə

 

 
2019-cu ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Lənkəran, Tərtər, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 1 291 944 kv.m (129,19 ha) ərazi yoxlanılıb, 77 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi: 80 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Yenixeber.org: ANAMA-dan verilən məlumata görə, əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

Dekabrda Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 1, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 7, Dövlət Sərhəd Xidmətindən (DSX) - 4, rayon polis şöbələrindən 2 və rayon icra hakimiyyətindən (RİH) - 1 müraciət daxil olub (cəmi: 15 çağırış). Müraciətlər əsasında 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə AbşeronAğstafaFüzuliXızıLənkəranTərtərTovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 6 381 kv.m ərazi yoxlanılıb, 22 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi: 23 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən 2019-cu il ərzində 9 059 900 kv.m (906 ha) ərazi yoxlanılıb, 4 637 ədəd partlamamış hərbi sursat (PHS), 32 ədəd piyada əleyhinə mina və 32 ədəd tank əleyhinə mina (cəmi: 4 701 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam