Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

1541 partlamamış hərbi sursat zərərsizləşdirilib-Ötən ay

 

Ötən ay 1541 partlamamış hərbi sursat zərərsizləşdirilib
Yenixeber.org: 2018-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Goranboy, Xızı, Lənkəran, Tərtər, Yevlax rayonları və Sumqayıt şəhəri ərazisində 4,410,908 m2 (441.09 ha) ərazi yoxlanılıb, 1,541 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,542 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 518,051,689 m2 (51,805.17 ha) ərazi təmizlənmiş və 794,151 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Bildirilib ki, mart ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 12 (on iki) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 13 (on üç) müraciət daxil olub. Müraciətlər əsasında 8,050 m2 ərazi yoxlanılıb, 1,329 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,330 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib. 2018-ci ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam