Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Cocuq Mərcanlıda əməliyyatlar davam etdirilir

 

 

     Yenixeber.org:      Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən gün 25 100 ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, 21 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 411 780 kv.m (41.18 ha) ərazi tam təmizlənmiş, 223 826 kv.m (22.38 ha) ərazi 20 sm dərinliyində 172 900 kv.m (17.29 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. 

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 8 dekabr tarixlərində ayrı-ayrı şəhər və rayonlarda müxtəlif ərazilərə baxış keçirilib, 7529 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 5 562 648 kv.m ərazi yoxlanılıb.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam