Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Nazir üzr istədi-paylaşımına görə

Finlandiyanın yeni təyin olunmuş maliyyə naziri Katri Kulmuni “İnstagram”da yerləşdirdiyi sorğuya görə üzr istəməli olub.

Yenixeber.org: O, Suriyada olan finlandiyalı qaçqınların geri qaytarılması ilə bağlı izləyicilərinin fikirlərini bilmək üçün bu variantdan istifadə etmək istəyirmiş.

Sorğusunda izləyicilərinə səslənən maliyyə naziri İŞİD düşərgəsində olan qadınlardan və uşaqlardan ibarət finlərin hansı səbəbdən geri qaytarılması gərəkdiyini soruşub. Respondentlər iki variantda cavab verə bilərdilər: “ancaq uşaqlar qayıtsın”, “analar və uşaqlar qayıtsın”.

Ancaq vətəndaşların və həmkarlarının ciddi tənqidindən sonra nazir “Twitter” hesabı vasitəsilə izləyicilərindən üzr istəyib və sorğunu silib.

“Mən sorğuya görə üzr istəyirəm və paylaşımı sildim. “Al-Xol” kürd düşərgəsində təxminən 10 qadın və 30 uşaq finlandiyalı var. Bir neçə qərb dövləti öz uşaqlarını “Al-Xol”dan və Suriyanın şimalındakı digər düşərgələrdən geri qaytarıb. Bunlar cihadçıların uşaqlarıdır. Hansı ki, onların ailələri vətəndaş müharibəsi zamanı ölüb, yaralanıb və ya itkin düşüblər. Siyasətçilər bu məsələ ilə bağlı çalışırlar. Onların bir çoxu başa düşürlər ki, körpə uşaqlar müharibənin qurbanı olublar”, - deyə Katri Kulmuni bildirib.

Qeyd edək ki, Finlandiyada bu vətəndaşların ölkəyə dönüşünə ən çox parlamentdəki millətçilər etiraz edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam