Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Lavrov Bakıda:"Rəsmi Moskva Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən nəticə gözləyir"

“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə çox zəngin və ətraflı söhbət etdik. Prezidentlərimizin münasibətlərimizi belə səviyyədə müəyyənləşdirməsi çox yaxşıdır”.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya etdiyi səfər səmərəli olub.

“Hökumətlərarası iqtisadi komissiyanın işi müzakirə edildi. Altı komissiya yaradılacaq, o cümlədən innovasiya və texnologiya üzrə”, – rusiyalı nazir bildirib.

S.Lavrov həmçinin rəsmi Moskvanın Azərbaycan və Ermənistan XİN başçılarının Bratislavadakı görüşündən nəticə gözlədiyini vurğulayıb.

“Humanitar sahədə nümunəvi əməkdaşlıq qurulub. Gələn il Rusiyada Azərbaycan Günlərini keçirməyi planlaşdırırıq. Azərbaycanda rus dilinin inkişafı və tədrisi üçün minnətdarıq. Azərbaycanda rus dilində təhsilə tələbatın necə yüksək olduğunu görürük. Eyni zamanda bu gün Rusiya universitetlərində 11 mindən çox azərbaycanlı tələbə təhsil alır, onlardan mindən çoxu Rusiya hökumətinin xətti ilə oxuyur”, – S.Lavrov diqqətə çatdırıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam