Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Albert Aqarunovun heykəlinin açılışı olub -VİDEO - YENİLƏNİB

 

 

Video əlavə olunub


*** 15:51

Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin açılış mərasimi olub.

Yenixeber.org: Açılış mərasimində Albert Aqarunovun ailə üzvləri, Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Müdafiə nazirinin müavini Kərim VəliyevDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, İsrailin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları iştirak ediblər.

Qeyd edək ki, Albert Aqarunovun şərəfinə abidə ucaldılması ideyasını şəhidin tank komandiri olmuş Hacı Əzimov irəli sürüb. Layihənin icrası Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri - Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib. Heykəlin kompozisiyası və eskiz ideyası da Rahib Qarayev və Zamik Rzayevə aiddir.

Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib. Abidənin hazırlanması ilə bağlı təkliflər bir il müddətində davam edib. Ömər Eldarov hazırlanan 4 eskizdən birini seçib. Bu ilin aprel ayından isə abidənin hazırlanmasının icrasına başlanılıb. Heykəlin hazırlanması üçün 40 min manat ayrılıb və bu məbləğ materialların alınmasına xərclənib. Müəlliflər isə zəhmət haqqı almadan təmənnasız işləyiblər.

Xatırladaq ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.

Bu il şəhidin 50 illik yubileyidir.(report)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam