Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yəhudi Qarabağ şəhidimizin adına küçə veriləcək- FOTO

 

 

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri icra hakimiyyətinə müraciət edib

 

 

Yenixeber.org: Müraciətlə tanış olan Hacıbala Abutalıbov Nərimanov rayonundakı küçələrdən birinin adının dəyişdirilməsi ilə bağlı sərəncam verib.

Sərəncama əsasən Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsi arasındakı adsız küçəyə Azərbaycanın Mili Qəhrəmanı Albert Aqarunovun adı veriləcək.

Sərəncamda lövlənin vurulması üçün Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş edilməsi və nəzarət üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevə tapşırıq verilməsi qeyd olunub.

Qeyd edək ki, Albert Aqarunov Yəhudi əsilli Azərbaycan milli qəhrəmanıdır. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam