Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Heykəlin hazırlanmasına 40 min manat ayrılıb” - Ömər Eldarov

“Heykəlin hazırlanmasına 40 min manat ayrılıb” - Ömər Eldarov
“Heykəlin üzərində vaxtilə mənim tələbələrim olan müəllimlər işləyiblər. Mən sadəcə yoxlayıb, təkliflərimi demişəm” 

Yenixeber.org:  Bunu açıqlamasında Bakıda Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin müəllifi, tanınmış heykəltaraş Ömər Eldarov deyib. Onun sözlərinə görə, heykəl 3 ay müddətinə hazırlanıb.
“Heykəlin kompozisiyası, necə olması ideyası mənə məxsusdur. Ancaq onun reallaşdırılmasını bizim akdemiyanın Zamiq və Rahib adlı müəllimləri həyata keçiriblər. Mən sadəcə yoxlayıb, təkliflərimi etmişəm. Eskizləri, qalan hər şeyi onlar çəkiblər. 3 ay iş aparılıb”. 



Ö.Eldarov heykəlin hazırlanması ilə bağlı sifarişin Nazirlər Kabinetindən gəldiyini qeyd edib. 

"Heykəlin hazırlanması üçün 40 min manat pul ayrılıb. Bu məbləğ materialların alınmasına xərclənib. Müəllimlərimiz isə zəhmət haqqı almadan pulsuz işləyiblər”. 

Qeyd edək ki, Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə onun adını daşıyan küçədə heykəli ucaldılıb. Hazırda heykəlin quraşdırılma işləri gedir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam