Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Rayonlarda -alternativ su mənbələri yaradılır

Rayonlarda alternativ su mənbələri yaradılır
Azərbaycanda son vaxtlar yağıntıların az olması ilə əlaqədar bir neçə rayonda su mənbələri ilə bağlı çətinlk yaranıb. Bu problem əsasən yay aylarında müşahidə edilir.
Yenixeber.org: Bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında deyib.

Q.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanılıb. Onun sözlərinə görə, artıq Gədəbəy və Lerikdə işlər başa çatıb, ŞəkiŞamaxıTovuz rayonlarında isə işlər gələn il yekunlaşacaq.

Rayonlarda suyun keyfiyyətinə toxunan Q.Hüseynov qeyd edib ki, strateji yol xəritəsinə uyğun olaraq regional su kanal idarələri və regional laboratoriyalar yaradılıb:

“İlkin mərhələdə laboratoriyaları avadanlıqlar, kadrlarla, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu”un balansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanması təmin olunsun, gələcəkdə hədəfimiz bütün bölgələrdə vətəndaşların istifadə etdiyu suların nəzarətə götürülməsindən ibarətdir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam