Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-sorğumuza cavab verilmir

 

Cənab Qorxmaz Hüseynov, bilmirsinizsə bilin, iki aydır ünvanladığımız məktuba cavab vermək də sizin vəzifə borcunuzdur

Yenixeber.org: Çağdaş mediamızın bataqlığında çabaladığı problemlərdən biri də səlahiyyət sahiblərinin mətbu sayqısızlığıdır. Bu sırada isə dövlət görəvlilərinin xüsusi yeri və bir-birinə bənzər dəsti-xətti var. Bizim məmurlar elə bil gizli sövdələşməyə “mübarək” imzalarını atıblar-KİV-nin sorğusuna cavab verməyi ayıb, əskiklik sanırlar. İnanmıram ki, yumşaq desək bu arzuolunmaz tendensiya ilə qarşılaşmayan media mənsubu olmuş olsun... Rəsmi, qeyri-rəsmi sorğuları cavabsız qoyan bəzi “çinovnik” təfəkkürlü səlahiyyət sahiblərimiz sonda media mənsublarını məşhər ayağına çəkməkdən də çəkinmirlər. “Araşdırmamısan”, “mövqeyimizi öyrənməmisən”, “qərəzçilik edirsən” və s. mənasız şablonlarla məhkəmələr, daha nə bilim nələr. Nə isə,... Bu yetərincə aktual olmaqla, başqa bir yazının mövzusudur.

                       “Azərsu”da “burulğana düşmüş” məktublar

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) maliyyə əməliyyatları medianın gündəmində olan mövzulardandır. Cəmiyyətin elan etdiyi tenderlərin qalibləri, aparılan maliyyə əməliyyatları ilə bağlı mütəmadi yazılıb və yazılmaqdadır. Google üzərindən bir axtarış yetər ki, “Azərsu” ilə bağlı sayı bilinməyən yazılar oxuyaq, dövlət vəsaitinin xərclənməsində şübhə doğuran faktlarla qarşılaşaq. Bu yazılarda cəmiyyətin sədri Qorxmaz Hüseynovun ünvanına ən kəskin ittihamlar yer alır: qohum-əqrəbadan ibarət “çete” yaratmaqla büdcə vəsaitinin mənimsənilməsi kimi.  Medianın “Azərsu” ASC-nə bunca maraq olması, qeyd etdiyimiz saysız yazıların meydana çıxması şübhəsiz ki, təsadüf deyil...

Bu istiqamətdə yenixeber.org-a da maraqla qarşılana biləcək məlumatlar daxil olub. Məlumatlarda “Azərsu” ASC-nin elan etdiyi tenderlərdən, tenderlərin qalibi olmuş şirkətlərdən və beləliklə də dövlət vəsaitinin suallar doğuran xərclənməsindən bəhs olunur. Dünyada, eləcədə ölkəmizdə mövcud maliyyə-iqtisadi durumu nəzərə alsaq mövzunun aktuallığı aydın olar. Zatən cənab prezident başda olmaqla, hökumət üzvləri də büdcə vəsaitinin şəffaf, əhəmiyyətli xərclənməsinin vacibliyini dəfələrlə vurğulayıblar...

Yenixeber.org-a daxil olmuş məlumatlarda “Azərsu” ASC-nin “TQL Tikinti Layihə Quraşdırma” MMC, “Kaskad-Hidro” MMC və “Park Servis” MMC ilə iş birliyi, tender yolu ilə həyata keçirilən layihələr yer alır. Həm də cavab gözləyən suallarla... Biz məlum qanun və prinsiplərə uyğun olaraq bu məlumatlarla bağlı “Azərsu” ASC-nə məktub ünvanladıq. Cənab sədrdən xahiş etdik ki, Azərbaycan Respublikasının İnformasiya Əldə Etmək Haqqında və  Kütləvi İnformasiya Vasitələri Haqqında qanuna uyğun olaraq bu şirkətlərlə əməkdaşlıqla bağlı mümkün məlumatların redaksiyamıza verilməsini təmin etsin. Təəssüfedici olduğundan daha da artıq anlaşılmaz gerçəkliklə üz-üzəyik:17.08.2018-ci il tarixli 010/018 №-li məktubumuza bu günə kimi cavab verilmir(?) Qurum rəsmisi ilə şəxsən əlaqə yarada bilsək də, nəticə olmadı: məktubumuz cavabsız qaldı.

Səbəb iki ola bilər: Ya cənab Qorxmaz Hüseynov məlum qanunlarımızı ayaqlar altına atıb, mətbu sayqısızlıqda bulunur, ya da cavab yazmağa söz tapılmır. Bu qədər bəsit.

Qorxmaz Hüseynov ya bilmir, ya da bilmək istəmir ki, Azərbaycan insanının büdcə vəsaitinin xərclənməsi ilə bağlı bilgi almaq haqqı və hüququ var. Bu yol isə media ilə əməkdaşlıqdan keçir. Nazirlik səlahiyyətli bir dövlət qurumunun mediaya qapalı olması isə saysız suallar doğurur...

İlqar

 

        

  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam