Məlumatda deyilir ki, Şirvan su-kanal sahəsinin rəisi Elşad Ağalarov və təmir bərpa sahəsinin rəisi Seymur Nəzərov “Azərsu” ASC-nin balansında olan 1000 metr borunu doğratdıraraq satıblar. Kür Su kəmərləri idarəsinin hansısa sahə rəisinin də borunun satılmasında yaxından iştirakı olub.
Məlumatlı mənbə dəqiqləşdirmədən sonra həmin şəxsin kimliyini açıqlayacağıq. Elşad Ağalarovun və Seymur Nəzərovun borunu satmalarından Azərsu ASC-nın sədri Qorxmaz Hüseynov xəbərdar olub. Amma 4 saylı regional su-kanal idarəsinin rəisi Azad Qurbanovun guya xəbəri olmayıb. Novruz bayramından əvvəl Qorxmaz Hüseynov Şirvandakı idarəsinə birləşmiş su-kanal departamentinin rəisi Ramin Sadıqovun rəhbərliyi ilə 30 nəfərlik yoxlama komissiyası göndərib. Boruların oğurlanması aşkar edilib və Şirvan polis şöbəsində fakta görə cinayət işi açılıb. Aldığımız məlumata görə “Azərsu” ASC-yə 80 min manatlıq ziyan dəyib. Boru oğrularından hələki saxlanılan yoxdur.
Şirvan Regional Su İdarəsinin rəisi: “Mühəndisimizə qarşı hücum olub, barmağı sındırılıb”
Çünki hər 2 şəxs “Azərsu” ASC-ni Saday adlı işçisi ilə şantaj edirlər. Elşad və Seymurun dediyinə görə 1000 metr borunun 500 metrini Saday kəsib aparıb. Ona görə də Elşad Ağalarov və Seymur Nəzərov bu gün vəzifələrinin başındadırlar. Elşad Ağalarovun və Seymur Nəzərovun törətdikləri əməlin üstünü ört basdır edilməsinə görə 15 min manat pul verikləri gələn məlumatlar sırasındadır.
Qorxmaz Hüseynov artıq Elşad Ağalorovu su-kanal idarəsinin sahə rəisi vəzifəsindən azad edib. Ağalarov sədr müavini Köçəri Həsənovun köməyi ilə əvvəlki satış şöbəsinin rəisi vəzifəsinə qayıdıb. Su-kanal idarəsinin rəisi vəzifəsinə yeni təyin edilən şəxs isə Fərhad Hüseynovdur. Bu vəzifəyə qədər kənd təsərrüfatı nazirliyinin Şirvan şəhərində texnikalara nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Rütbəsi palkovnik leytenant olub. Fərhad Hüseynov kimin dəstəyi ilə rəis vəfəsinə təyinat alıb.
Bu barədə bilgilər toplayıb sizlərə məlumat verəcəyik.
Məsələ ilə bağlı Şirvan su-kanal idarəsi ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfi də dinləməyə hazırıq.(AzEuroNews.com)