Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Tramp Nyu Yorkdan Floridaya köçür

ABŞ Prezidenti Donald Tramp əsas iqamətgahını Nyu York Sitidən Floridaya köçürür.

Yenixeber.org Bu haqda bir neçə tvit atıb.

Tramp oktyabrın 31-də axşam yazıb ki, “1600 Pensilvaniya Avenyu, Ağ ev sevdiyim və ümid edirəm, daha 5 il qalacağım məkandır…”

“Ancaq ailəm və mən Floridanı, Palm- Biçi daimi iqamətgah edəcəyik”, – o, başqa tvitində qeyd edib. ​

“Hər il şəhər, ştat və yerli vergi formasında milyonlarla dollar ödəməyimə baxmayaraq, həm şəhər, həm də ştatın siyasi liderləri mənimlə çox pis davranıb”, – Tramp Nyu Yorkla bağlı deyib.

“The New York Times” yazır ki, çoxdanın nyu-yorklusu olan Tramp “daimi yaşayış yeri barədə deklarasiya” doldurub, Palm- Biç şəhərindəki Mar-a-Lago Club iqamətgahını daimi yaşayış yeri edəcəyini bildirib.

Qəzet Ağ ev rəsmilərinin bu dəyişikliyin səbəbini izah etmədiyini yazır. Prezidentə yaxın bir nəfər deyib ki, əsas səbəb vergiylə bağlıdır.

Nyu Yorkda ştatın gəlir vergisi yüksəkdir, Nyu York Siti də gəlir vergisi tutur. Florida ştatında isə gəlir vergisi yoxdur. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam