Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Gürcüstanda - erməni deputata qarşı cinayət işinin açılmaması narazılıq yaradıb

Gürcüstanda cinsi təcavüzdə günahlandırılan parlament deputatı Enzol Mkoyana qarşı cinayət işinin qaldırılmaması narazılığa səbəb olub.

Yenixeber.org: Məsələ ilə bağlı istintaq öncəsi tədbirlər həyata keçirilsə də, deputatın əməlində cinayət sayıla biləcək halın olmadığı barədə qərar verilib.

Parlament üzvünü cinsi təcavüzdə ittiham edən Ninotsminda rayonunun Birləşmiş Uşaq Bağçaları Birliyinin sədri Narine Ginosyanın vəkili Mirian Nikoladze bildirib ki, müdafiə etdiyi şəxs rayon prokuroluğunda dindirilib.

O qeyd edib ki, dindirilmə Gürcüstan ombudsmanının ofisinə müraciətdən sonra baş tutub.

Vəkilin sözlərinə görə, məsələ ilə bağlı parlamentə təqdim olunan müraciət də hələ cavabsız qalıb. M.Nikoladze qanunverici orqanda müraciətin qeydə alınmasına baxmayaraq, hər hansı bir reaksiyanın olmadığını vurğulayıb. Vəkil parlamentin komitələrində məsələnin müzakirə olunması tələbi ilə qanunverici orqana yenidən müraciətin ediləcəyini söyləyib.

Qeyd edək ki, E.Mkoyana qarşı cinsi təcavüzlə bağlı ittihamlar bu ilin iyulunda səslənib. Bu ittihamlar N.Ginosyan və müsahibi Anjelika Putulyana qarşı cinayət işinin açılmasından sonra irəli sürülüb. Hər iki şəxslə bağlı büdcə vəsaitlərinin mənimsənilməsi faktları üzrə istintaq aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam