Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Ləyaqətinə toxunulan uşağın atası Zakir Qaralovdan kömək istəyir

 

 

 

    “xeberinfo.com”: Zərdab rayonu Burunlu kənd sakini Mustafa Cəbrayılov baş prokuror Zakir Qaralova müraciət edib. O, müraciətində yazır ki, təqsirləndirilən şəxslər İsgəndərli Rüfət Nadir oğlu, İskəndərov Elzamin Nadir oğlu, Əhmədov Paşa Zamin oğlu, İsgəndərov Fəqan Şükür oğlu və Cəbrayılzadə Şövqi Qalib oğlunun Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi Zərdab Rayon Prokurorluğunun və Zərdab Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin icraatındadır: “Artıq iki ildir ki, həmin şəxslər barəsində cinayət işi yekunlaşa bilmir. İş materialında təqsirləndirilən şəxslərin təqsirli əməllərini sübur edən  kifayət qədər əsaslar olduğu halda işə məhkəmə qaydasında baxıla bilmir. Həmin cinayət işinin bugünədək tamamlanmasında bilavasitə marağı olan Zərdab Rayonunun keçmiş prokuroru Bəhruz İbrahimovun havadarlığı nəticəsində oğlum Rəhimə qarşı Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində qeyd olunan əməli törətmiş Fəqan İsgəndərov Şövqi Cəbrayılzadə barəsində 08.04.2012-ci il tarixdə cinayət işi başlanması rədd edilib. Halbuki, ilk dəfə oğluma qarşı cinayət əməlini törədən və eləcə də digər təqsirləndirilənləri də bu əməli davam etdirməyə sövq edən məhz Şövqi Cəbrayılzadə olub. Sonradan əsas təqsirkar şəxslər Şövqi Cəbrayılzadə  və Fəqan İsgəndərovun əməlində cinayət tərkibinin olması müəyyən edildiyindən Zərdab Rayon Məhkəməsi 03.05.2012-ci il tarixdə “cinayət işinin baxılmasına xitam verilməsi və işin prokurora qaytarılması barədə” qərar qəbul edib. Məhz bundan sonra həmin şəxslər barəsində cinayət işi başlanılıb. Onlar barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimat Zərdab rayon məhkəməsi təmin etməsə də, Şirvan Apelyasiya Məhkəməsi təmin etdi və iş yenidən istintaqa qaytarılıb”.

    Şikayətçi məktubunda qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxslər oğluna qarşı cinayət əməli törədilməklə onun ləyaqətini alçaldıblar: “İttiham aktında hadisənin törədilmə vaxtı 2010-cu il qeyd olunur. Şövqi Cəbrayılzadə oğluma qarşı Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində qeyd olunan əməl 2010-cu ildən tördədilmiş və digər şəxslər tərəfindən bu hərəkət davam etdirilib. Həmin vaxt oğlumun 13 yaşı olub. Bu hal isə azyaşlıya qarşı edilmiş cinayət əməli kimi qiymətləndirilməlidir”.

 

 

    Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

 

 

 

       Eldar

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam