Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Zaqatalada beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçirilir - FOTO

Zaqatala rayonunda beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçirilir.

Yenixeber.org: Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin, Mədəniyyət Nazirliyi və "Aqrar Tədarük və Təchizat" ASC-nin dəstəyi ilə reallaşan beynəlxalq fındıq, qoz, şabalıd festivalının təntənəli açılış mərasimi olub.

Festivalda Prezident Administrasiyasınının nümayəndələri, 20-yə yaxın dövlətin Azərbaycandakı səlahiyyətli səfirləri, nazirliklər, ziyalılar iştirak edirlər.

Festivalın əsas məqsədi Azərbaycanın, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir. Zaqatala şəhərinin Dədə Qorqud meydanında keçirilən festivalda qonaqlar yerli adət ənənəyə uyğun olaraq bal şərbətindən və fındıqlı çörəkdən dadıblar. Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Zaqatala kənd-oba, idarə və təşkilatlar fındıq-qoz-şabalıd mövzusunda bir-birindən gözəl sənət əsərləri hazırlayıblar.

Festivalda fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdirilir. Festival iştirakçıları fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olub, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxıblar. Festivalda həmçinin fındıqdan, qozdan və şabalıddan hazırlanan müxtəlif əl işləri hər kəsin marağına səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam