Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Azərbaycan-Türkiyə - həmrəylik yürüşü keçiriləcək

Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Sentyabrın 16-da İğdırın bölgəsində yerləşən Tuzluca rayonunda Təkaltı dağına doğru izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək.
Yenixeber.org:  Yürüş İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş konsulluğunun dəstəyi əsasında 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümü münasibəti ilə təşkil olunacaq.

Yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq şəhid qəhrəmanımızın adı verilən zirvəyə qaldıracaqlar.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bildirib ki, rəsmi şəxslər, o cümlədən yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri yürüşdə iştirak edəcəklər.

Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər və ziyalıların iştirakı ilə ölkələrimiz arasındakı tarixi qardaşlığa və vətənpərvərliyə həsr olunan konfrans keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam