Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ərzurumda “Azərbaycan bulvarı” açılıb

 

 

 

 

Türkiyənin Ərzurum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə təşkil edilən silsilə tədbirlər başa çatıb

 

 

  Yenixeber.org:   Tədbirlərin ikinci günündə Ərzurumun mərkəzində “Azərbaycan bulvarı”nın, “Nuru Paşa bağı”nın və “Yüzüncü il qəhrəmanları” abidəsinin açılışı olub. “Yüzüncü il qəhrəmanları” abidəsi 1918-ci ildə Bakının azad olunmasında misilsiz xidmətləri olmuş Nuru Paşa və Mürsəl Paşa, o cümlədən Naxçıvanın xilasında böyük rəşadət göstərmiş Kazım Qarabəkir Paşa və erməni silahlı dəstələri ilə mübarizə aparmış, Azərbaycandan Ərzuruma yardıma gəlmiş gəncəli Seyidovun adını əbədiləşdirən xatirə kompleksidir.

Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Türkiyə Böyük Millət Məclisinin üzvləri İbrahim Aydəmir və Mustafa İlıcalı, Avrasiya İqtisadi Əlaqələr Cəmiyyətinin (Eko Avrasiya) sədri Hikmət Eren və Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban iki ölkənin tarixi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsinin onların xilaskarlıq missiyasının yeni nəsillərə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Qeyd olunub ki, ötən əsrin əvvəlində xalqlarımıza qarşı amansız soyqırımları törədən erməni silahlılarının zərərsizləşdirilməsi istiqamətində soydaşlarımızın göstərdikləri birlik və həmrəylik nəsillərə örnəkdir.

Mərasim bədii proqramla davam edib.

Qeyd edək ki, iki gün davam edən tədbirlər Azərbaycanın Ankaradakı səfirliyinin, Ərzurum Böyükşəhər Bələdiyyəsinin, Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin Ərzurum şöbəsinin (TDƏD) və “Eko Avrasiya” Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri ilə bağlı konfrans təşkil edilib.

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam