Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Doha-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşları saxlanılıb (FOTO)

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGI) əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.

Yenixeber.org:   Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, HNBGI Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Doha-Bakı aviareysi ilə gələn Pakistan İslam Respublikası vətəndaşları nəzarətə götürülüb. Həmin şəxslər "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Daha sonra təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunublar. Bu zaman Pakistan Respublikası vətəndaşlarından, ümumilikdə 10 ədəd "İphone" markalı mobil telefonlar aşkarlanıb.

Araşdırma nəticəsində məlum olub ki, həmin vətəndaşlardan biri "İphone" markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədi ilə onunla birlikdə Doha-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam