Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İSRAİL KƏŞFİYYATI TRAMPI DA DİNLƏYİRMİŞ! – Ağ Ev ətrafında dinləmə cihazları aşkarlanıb

tramp_beliy_dom3

ABŞ hökumətinin iki ilə yaxın davam edən araşdırması belə qənaətə gəlməyə əsas verib ki, İsrail kəşfiyyatı Ağ Evi və prezident Donald Trampı davamlı olaraq dinləyib.

Yenixeber.org:   Xarici mətbuatda bu məsələ ilə bağlı yayımlanan məqalələrdə ABŞ rəhbərliyinin həmin faktı mümkün qədər gizlətməyə çalışdığı bildirilir.

Nüfuzlu “Politica” dərgisi üç mənbəyə istinad etdiyini vurğulayaraq yazır ki, amerikalı ekspertlərin xeyli müddətdir davam edən araşdırmaları zamanı ələ keçirilən dinləmə cihazları, onların mənşəyi və istehsal tarixləri dinləmənin məhz İsrail tərəfindən həyata keçirildiyini tam əminliklə söyləməyə əsas verir.

Dinləmə qurğularının Ağ Evə yaxın ərazilərdə yerləşdirildiyi, onların əsas hədəfinin isə məhz Donald Tramp və ona ən yaxın şəxslər olduğu iddia edilir. Yüksək göstəricilərə malik müasir texnologiyalardan istifadə edən İsrail kəşfiyyatının bu fəaliyyəti nəticəsində hər hansı bilgilərə sahiblənib-sahiblənə bilmədiyi barədə heç bir məlumat yoxdur.

Ən çox diqqət yetirilən və tənqid olunan məqamlardan biri isə təkcə dinləmə faktı deyil, həm də odur ki, ABŞ administrasiyası eyni addımı atan digər ölkələrə qarşı çox sərt addımlar atdığı halda, İsrailə heç bir irad belə bildirməyib.
İsrailin ABŞ-dakı səfirliyi isə yayılan məlumatları təkzib edərək, heç bir dinləmə qurğusuna aidiyyatlarının olmadığını bəyan edib.

Xatırladaq ki, hələ 2018-ci ilin aprelində ABŞ hökuməti Vaşinqtonda dinləmə qurğularının aşkarlandığı barədə məlumat yaymışdı. Lakin bu qurğuların kimlər tərəfindən quraşdırıldığı barədə xəbər verilməmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam