Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək –Bakıda

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçiriləcək. Tədbir 12-13 sentyabr tarixlərində "Park İNN” hotelində təşkil olunacaq.

Yenixeber.org: Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşəcək bu mötəbər tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılacaqlar.

Toplantıda Azərbaycan rəsmiləri, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edəcəklər.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv təşkilarların nümayəndələri öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər.

Mövcud sahədəki tendensiylarla bağlı fikir mübadiləsinin aparılacağı toplantıda həmçinin. ekstremal vəziyyətlərdə və müharibə şəraitində jurnalistlərin davranışı ilə bağlı müzakirələrin getməsi də nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam