Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ümumdünya Turizm Təşkilatı -Azərbaycanda mərkəz açacaq

Ümumdünya Turizm Təşkilatı Azərbaycanda mərkəz açacaq

Ümumdünya Turizm Təşkilatı (ÜTT) Azərbaycanda mərkəz açmaq niyyətindədir.

Yenixeber.org: Bunu bu gün 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili söyləyib.

O, il ərzində dünyada 10 mərkəz açmağı planlaşdırdıqlarını nəzərə çatdırıb: "Yaxın vaxtlarda Azərbaycanda da belə bir mərkəz açmaq niyyətindəyik".

ÜTT baş katibi qeyd edib ki, il ərzində dünyada 10 deyil, 20-yə yaxın mərkəz açmaq istəyirlər: "Ancaq bu, tək bizdən asılı deyil, həm də dövlətlərdən, maliyyədən asılıdır". 

Zurab Pololikaşvili nəzərə çatdırıb ki, bu ilin sentyabr ayında Sankt-Peterburqda ÜTT-nin Baş Assambleyası keçiriləcək, turizm sahəsində təhlükəsizlik və viza məsələləri diqqət mərkəzində olacaq: "Viza turistlər üçün böyük əhəmiyyət kəsb edir. Amma təhlükəsizlik səbəbindən bir çox ölkə vizaların sadələşdirilməsinə münbit şərait yarada bilmir. Biz ölkələrin Xarici İşlər nazirlikləri ilə əlaqə saxlayaraq, bu sahədə irəliləyişlərə nail olmaq istəyirik".

Zurab Pololikaşvili qeyd edib ki, kənd turizminin inkişafı da ÜTT-nin diqqət mərkəzindədir: "Təhsil də turizm sahəsində önəmlidir. İlk Onlayn Turizm Akademiyası yaradılacaq. Bu Akademiya ilə insanlar fundamental biliklərə yiyələnəcək, ingilis və ispan dilləri tədris olunacaq. Biz tərəfdaşlar taparaq, Akademiyanın digər dillərdə, o cümlədən Azərbaycan dilində də fəaliyyətinə nail olmaq istərdik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam