Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bu günə-40 dərəcə isti gözlənilir

 
Bu gün Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata görə, atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-30 faiz olacaq. 

Abşeron çimərliklərində Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək,lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 24-25-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam