Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Qaradağ meşəlikləri - yanır

İranın Şərqi Azərbaycan vilayətində Qaradağ meşəliklərində yanğın iki gündür davam edir.

Yenixeber.org:  Bunu İranın Meşəliklər, Yaylalar və Su Hövzələri Təkşilatının Mühafizə Qüvvələrinin rəisi polkovnik Əli Abbasnejad İLNA-ya açıqlamasında deyib.

Ə.Abbasnejadın sözlərinə görə, artıq 40 saatdan çoxdur ki, bölgədə yanğın başlayıb və yanğın 200 hektardan çox meşə və yayla ərazisini əhatəsinə alıb.

Rəsmi əlavə edib ki, yanğının söndürülməsində 100 əməkdaş iştirak edir: "Vilayətin Fövqəladə Hallar üzrə idarəsinin rəhbəri və vali bölgədədir və yanğının söndürülməsi üçün vertolyotun göndərilməsinə çalışırlar. Bir sıra orqanlar qonşu vilayətlərdən vertolyotun göndərilməsi üçün kömək edə bilərlər. Lakin onlara lazımi vəsait ödənilmədiyi üçün kömək etmirlər”.

Təşkilat rəsmisi yanğın nəticəsində indiyədək kimsənin xəsarət almadığını deyib.

Qaradağ meşəlikləri UNESKO-da biosfer və mühafizə olunan qoruq kimi seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam