Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

ABŞ DOLLARDAN QAMÇI KİMİ İSTİFADƏ EDİR – Alternativ ödəmə sistemləri qlobal maliyyə...

Elina Rıbakova, Ann-Mari Sloqter

“Project Syndicate”, 22.07.2019

 

Yenixeber.org:  Bugünkü dünyada qlobal şəbəkələrə giriş vacib güc mənbəyidir, lakin son nəticədə qarşılıqlı asılılıq zəiflik yarada bilər. Güc mənbəyi mərkəzilikdir – bütün (və ya əksər) digər qovşaqları birləşdirən mərkəz. Bu cür mərkəzlərə girişi rədd etmək təhlükəsi pis aktyorlara qarşı güclü sanksiya ola bilər. Ancaq (asimmetrik qarşılıqlı asılılıqla silahlandıqda) həmin gücdən sui-istifadə edilərsə, şəbəkə iştirakçıları öz alternativ şəbəkələrini yaratmağa qərar verə bilərlər.

ABŞ-ın hazırda işlətdiyi risk budur. O, dünyanın əsas ehtiyat valyutasına sahibdir və qlobal maliyyə şəbəkələrində mərkəzi rol oynayır. Lakin mərkəzliliyindən öz xarici siyasət məqsədlərini həyata keçirmək üçün istifadə edir və bu, uzunmüddətli dövrdə onun təsir imkanlarını zəiflədə bilər.

Bariz nümunə ABŞ-ın rəsmi olaraq “Birgə Hərtərəfli Fəaliyyət Planı” (JCPOA) olaraq tanınan 2015-ci ilin nüvə sazişindən çıxmasıdır. Yəni 2018-ci ilin may ayında başlayan İranla yaşanan böhran. Ən pisi budur ki, ABŞ o vaxtdan bəri sazişi imzalayan digər ölkələri – İngiltərə, Fransa, Rusiya, Çin, Almaniya və Avropa İttifaqı, habelə JCPOA-ya hörmət göstərən üçüncü tərəfləri əlavə sanksiyalarla hədələyir.

Nəzəri olaraq JCPOA-da qalan tərəflər İranla işlərini davam etdirməli idilər. Lakin ABŞ, əvvəlcə “əl-Qaidə” ilə mübarizə üçün hazırlanan Aİ ilə əməkdaşlıq müqaviləsini tətbiq edərək, əlavə sanksiyalarını Belçikada yerləşən Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) vasitəsi ilə tətbiq edə bilib.

ABŞ-ın təzyiqi altında SWIFT İran banklarını qlobal ödəmə sistemindən çıxarıb və İranı qlobal maliyyə sistemindən kənarlaşdırmaqla, onun hətta sanksiyasız ölkələrlə belə iş aparmaq qabiliyyətini məhdudlaşdırıb.

Bir çox Avropa şirkətləri kimi SWIFT-in ABŞ-da qanuni varlığı və məlumat mərkəzi var. O, sövdədən imtina etsəydi, ciddi cərimələr, işçiləri üçün ABŞ vizalarının itirilməsi və ya ABŞ dollarına giriş qadağası ilə üzləşə bilərdi.

Fransa, Almaniya və Böyük Britaniya malların Avropa və İran arasında birbaşa ikitərəfli pul axını olmadan ixrac-idxalına imkan verən INSTEX adlı xüsusi təyinatlı nəqliyyat vasitəsi yaratdqılarını elan edib. INSTEX əməliyyatları ABŞ-ın sanksiyalarına məruz qalmayan humanitar mallarla məhdudlaşıb.

İranı öz iradəsinə tabe etmənin nəticəsindən asılı olmayaraq (hazırda bu, çətin görünən bir nəticədir), Tramp administrasiyası digər ölkələrin ABŞ maliyyə sistemini tamamilə devirmək təşviqlərini gücləndirib.

2014-cü ildə Ukraynaya müdaxiləsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq Rusiya zəifliklərini azaldıb. İndi o, maliyyə və cari hesabların profisiti, aşağı dövlət borcu və yüksək ehtiyatları olan yeganə inkişaf etməkdə olan bazardır. Artıq qlobal maliyyə bazarlarına çıxışı itirməkdən qorxmur.

Rusiya Çinlə daha da güclü əlaqələr qurub. Bu yaxınlarda iki ölkə ilkin əməliyyatları yuan və rubla tənzimləmək üçün yeni ödəmə sistemini elan edib. İran və Türkiyə bu sistemə maraq göstərir.

Bu arada, Hindistan və Yaponiya artıq müstəqil daxili ödəmə sistemlərinə sahibdir və Rusiya ABŞ-dakı kredit kartları şəbəkələrindən yayınmaq üçün öz kart ödəmə sistemini işə salıb. Çində “Alibaba”nın “Alipay” və “Tencent”-in “WeChat Pay” kimi mobil ödəniş sistemlərinin tətbiqi istehlakçılara, birbaşa öz smartfonları ilə ödəniş etməklə, kredit kartlarından tamamilə imtina etməyə imkan verir. Kənarda qalmamaq üçün “Facebook”, ehtimal ki, əksəri ABŞ xaricində yaşayan bütün istifadəçiləri üçün əlçatan olacaq yeni “cryptocurrency” yaratdığını elan edib.

ABŞ düşmənlərinin bu cür hərəkətləri əvvəlcədən güman olunurdu, amma avropalılar da alternativ axtarırlar. Bir sıra Avropa ölkələri Rusiya ilə sıx əlaqə saxlayır və bəziləri Çinin “Bir qurşaq-Bir yol Təşəbbüsü”ndə iştirak edir. Rusiya ilə Almaniya arasındakı “Nord Stream 2” qaz kəməri də Avropanın maraqlarına uyğundur.

Üstəlik, Aİ iqtisadi suverenliyini elan etməkdə daha qətiyyətli olub və digər JCPOA tərəflərini də INSTEX-ə qoşulmağa dəvət edib. Aİ-nin rəsmi mövqeyi budur ki, avronun beynəlxalq rolunu nə təşviq, nə də rədd edir. Lakin Avropa Komissiyası bu yaxınlarda qeyri-rezidentlər tərəfindən avronun istifadəsini genişləndirəcək təkliflərini açıqlayıb, o cümlədən enerji, ərzaq və aerokosmik sektorlarda ticarət üçün. Avropanın ABŞ-ın maliyyə sistemindən asılılığını azaltmaq istəyi, xüsusilə Aİ-nin yeni liderlərinin seçilməsi və “Brexit”-in tamamlandığı 2020-ci ilədək, dərin pul və maliyyə inteqrasiyasına təkan verə bilər.

Berklidəki Kaliforniya Universitetinin təmsilçisi Barri Ayxenqrinin göstərdiyi kimi, qlobal maliyyə sistemi daxilindəki gücün yenidən balanslaşdırılması ya dünya müharibələri kimi tarixi kataklizmlərdən, ya da institusional dəyişikliklərdən irəli gələ bilər. Məsələn, ABŞ-ın Federal Ehtiyat Sisteminin yaradılması qlobal maliyyənin ağırlıq mərkəzini İngiltərədən ABŞ-a köçürüb.

Bu dəfə sistemin mərkəzi oyunçusu öz mövqeyindən sui-istifadə edir və başqalarını – öz müttəfiqlərini də alternativ şəbəkələri inkişaf etdirməyə yönəldir. İqtisadi məcburiyyət gücünün konkret bağlantı şəbəkələrindən asılı olduğu şəbəkəli dünyada şəbəkələrin özü dəyərli bir qaynaqdır. Ancaq bunlar təbii sərvətlər deyil; məsuliyyətli idarəetmə yolu ilə qurulmalı və qorunmalıdır. Tramp administrasiyası onları məqbul saymamalıdır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam