Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Acından ölən Şimali Koreyanın diktator liderinin - lüks maşınları hardan gəlir?

Şimali Koreya dünyada embarqo rejiminin ən sərt şəkildə tətbiq olunduğu bir ölkədir. Lakin bu Kim Çen Inın bahalı limuzinlərdə gəzməsinə mane olmur.

Yenixeber.org: Almaniyanın “Frankfurter Allgmeine Zeitung” qəzeti bununla bağlı maraqlı yazı dərc edib.

Qəzet bir qrup araşdırmaçının Şimali Koreya rəhbərinin dəbdəbəli maşınlarını hardan əldə etdiyinə dair məlumat topladığını yazıb.

Məqalədə 2018-ci ilin iyunun 14-də Rotterdamdan çıxan bir yük gəmisində “Mersedes S600 Long Guard” markalı lüks limuzinin olduğu qeyd edilib. Həmin maşınların birinin qiyməti 500 min avrodan yuxarıdır.

Gəmi Çinin Dalyan limanından, Yaponiyanın Osaka, Cənubi Koreyanın Pusan şəhərlərini dolaşdıqdan sonra iki konteyner barədə heç bir xəbər olmayıb. Pusandan çıxan DN 5505 saylı gəmi Toqo bayrağı altında guya Rusiyanın Naxodka limanına tərəf istiqamət götürüb. Lakin gəmidən həmin vaxtdan bu yana heç bir siqnal alınmayıb. 2018-ci ilin oktyabrında isə Pxenyandan Rusiyanın Vladivostok şəhərinə Şiimali Koreyanın “Air Koryo” şirkətinə mənsub 3 yük təyyarəsi enib. Cəmi 3 ay sonra Kim Çen In artıq Pxenyan küçələrində “Mercedes-Maybach S600” Guard limuzinində şütüyərək xoşbəxt xalqını salamlayıb.

ABŞ-ın Kollektiv müdafiə araşdırmaları mərkəzinin ekspertlərinin araşdırmasına əsasən, Şimali Koreyaya lüks xarakterli malların ixracatına qoyulan qadağa tam şəkildə icra olunmur və Kim rejimi dünyanın ən az 80 ölkəsindən bahalı əmtəələr almağı bacarır.

Təkcə 2015-2017-ci illər ərzində Rusiyadan Şimali Koreyaya 803 lüks klass sayıla biləcək (əsasən Maybach markalı) avtomobil göndərilib. Həmçinin Rusiya Şimali Koreyanın hakim sinfinə məxsus şəxslərə "Mersedes-Benz", "Toyota", "Leksus" və "Nissan" markalı maşınları da qaçaqmal yolu ilə ötürür.

Yuxarıda adı çəkilən DN5505 gəmisinin izinə isə 2018-ci ilin 18 oktyabırnda tapılıb. Həmin vaxt onun Şimali Koreyanın Pxoxan limanına yanaşdığı göstərilib.

Rəsmi olaraq sənədlərdə yük olaraq 2688 ton kömür daşıdığı qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam