Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Şimali Koreya ilə bağlı razılığa gəlməliyik” - Pompeo

    

“Şimali Koreya ilə bağlı razılığa gəlməliyik” - Pompeo
Yaponiyada səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo bu ölkənin baş naziri Şinzo Abe ilə görüşdə Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsini müzakirə edib.
 Yenixeber.org: Görüşdə ABŞ və Yaponiyanın Pxenyanın bütün nüvə silahlarından məhrum edilməsinin, həmçinin, Koreya yarımadasında sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyinə dair mövqelərinə sadiq olduqları bəyan edilib. Həmçinin, məcburi şəkildə Şimali Koreyada saxlanılan Yaponiya vətəndaşlarının geri qaytarılması da müzakirə olunub. 

“Yaponiya vətəndaşlarının Şimali Koreyada zorla saxlanılması ilə bağlı, həmçinin, bu ölkənin nüvə və raket proqramı problemlərinin həllinə dair ümumi razılığa gəlməliyik. Koreya yarımadasının nüvəsizləşdirilməsini həyata keçirmək üçün sıx əməkdaşlıq edilməsi vacibdir”, – deyə Pompeo vurğulayıb. 

Qeyd edək ki, Pompeo, həmçinin Yaponiyanın xarici işlər naziri Taro Kano ilə də görüşəcək. Daha sonra isə Pxenyanla danışıqlar aparmaq üçün Şimali Koreyaya yola düşəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam