Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Kim Çen In üçün Almaniyadan - “Mercedes”i gizli yolla necə göndərirlər…

Kim Çen In
Kim Çen Inın mühafizə dəstəsi

Amerikalı mütəxəssislər Qərbdən Şimali Koreyaya Kim Çen In üçün bahalı əşyaların çatdırılması yolunu müəyyən edib. Vaşinqtondakı müdafiə sahəsində perspektivli tədqiqatlar mərkəzi bununla bağlı dəqiq hesabat açıqlayıb.

Yenixeber.org: Mərkəzin əməkdaşları Almaniyadan Şimali Koreyaya dövlət başçısı Kim Çen In üçün iki “Mercedes-Maybach S600”-ün necə göndərilməsini araşdırmağa 8 ayını sərf edib. Bu avtomobildə KXDR lideri keçən il Cənubi Koreyanın prezidenti Mun Çje İn ilə görüşə getmişdi.

Kim Çen In
Kim Çen Inın limuzini

Mütəxəssislər gömrük göstəricilərini araşdıraraq üzə çıxarıb ki, Almaniyadan “Mercedes”i bir növ gizli yolla göndərirlər. Axırıncı dəfə iyunun 14-də Rotterdam (Hollandiya) portundan dəyəri 500 min dollar olan “Mercedes-Maybach S600” yola salınıb. Avtomobil əvvəlcə gəmi ilə Dalyana (Çin) çatdırılıb. Sonra Osaka (Yaponiya), Pusan (Cənubi Koreya) dayanacaqlarının adı çəkilir. Burada iz itir. Sonradan DN5505 gəmisinin yükü apardığı informasiyası gəlir. Avtomobillər bir də Rusiyanın Naxodka şəhərində peyda olur. Ruslar izin itirilməsində birbaşa rol oynayır. Rusiyadan Şimali Koreyaya əşya çatdırılması isə problem deyil. Oktyabrın 7-də Pxenyandan Vladivostoka planlaşdırılmamış təyyarə uçuşunun olduğu qeyd edilir. Mütəxəssislər “İl 76” ilə DN5505-in əlaqəsini heç cür dəqiqləşdirə bilməyib. Böyük ehtimalla, gəmi ilə Vladivostoka çatdırılan avtomobillər həmin yük təyyarəsi ilə Şimali Koreyaya yola düşüb.

Kim Çen In

“Mercedes-Benz” istehsalı ilə məşğul olan “Daimler” konserni KXDR ilə əlaqəsini inkar edir. Şirkətdən deyirlər ki, Şimali Koreya ilə ticarət əlaqələrini 15 ildir kəsiblər. Müştəriləri dəqiq araşdırırlar, amma sonrakı mərhələdə satışlara nəzarət edə bilmirlər.

İlk nüvə sınağından sonra Şimali Koreyaya məhsul çatdırılması qadağan olunub. Zamanla qadağan olunmuş malların siyahısı genişlənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam