Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub-Misirlə

 

Misirlə müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə və Hərbi İstehsalat Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi, general-mayor Tarek Saadzagloul Tolbanın başçılq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.
Yenixeber.org: Müdafiə Sənayesi Nazirliyindən verilən xəbərə görə, Yəhya Musayev Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdəki əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.

Səmimi keçən görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nümayəndə heyətinin başçısı Tarek Saadzagloul Tolba qəbula görə minnətdarlığını bildirib. Görüşdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim də iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam