Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

“Azərbaycana gəlməyimin səbəbi…” - Abbasov mübahisələrə nöqtə qoydu-VİDEO

Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı jurnalist, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov Azərbaycana gəlişinin gerçək səbəblərini açıqlayıb.

Yenixeber.org: Məlumata görə, Xaçmazda yerləşən bir çayxanadan canlı yayım edən F.Abbasov bütün məsələlərə aydınlıq gətirib. O, Azərbaycana aprelin 9-da ailəsi ilə birgə gəldiyini bildirib:

“Son günlər mənim haqqımda çox müxtəlif fikirlər yayılır. Ona görə də canlı yayıma çıxıb sizə bəzi məlumatları vermək istədim. İstədim ki, bütün məlumatları birbaşa məndən alasınız. Mənim Azərbaycana gələcəyim martın axırından məlum idi. Gəliş-gediş biletimi 2 həftə əvvəldən almışdım. Bu barədə heç kimə məlumat verməyə məcbur deyildim”.

F.Abbasov qeyd edib ki, səfərində məqsəd oğlu Emilin Rusiya ali məktəblərindən birinə qəbul olması üçün imtahanlarda iştirak etməkdir:

“Rusiya səfirliyi nəzdində fəaliyyət göstərən “Rossotrudniçestvo” xətti ilə keçirilən imtahanda iştirak etmək üçün bura gəlmişik. Demək istədiyim odur ki, mənim bura gəlməyim tamamilə könüllü bir şəkildə, heç bir məcburiyyət, heç bir deportasiya olmadan baş tutub. Biz əvvəlcədən planlanmış şəkildə gəlmişik və burada dincəlməyə davam edirik. Bizim geri dönüş biletimiz var və geri dönüş biletimizin vaxtı çatanda biz Rusiyaya geri qayıdacağıq. Oğlum imtahanlara girdi, qəbul olub-olmayacağı daha sonra bilinəcək. Biz də əsas etibarilə onun üçün burdayıq. Çünki mən və mənim ailə üzvlərim Azərbaycan vətəndaşıdır və bizim Rusiyada hər hansı hüquqi bağlılığımız yoxdur. Ona görə də burdayıq”.(Teleqraf.com)

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam