Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Jurnalist işdən çıxarıldı

 

Son günlər Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov işdən çıxarılıb.

Xeberinfo.com:   Məlumata görə, F. Abbasov 1997- ci ildən bəri Türkiyənin "İhlas" Xəbər Agentliyində çalışır. Son 6 ildə isə agentliyin Moskva təmsilçisi kimi fəaliyyət göstərir. Bu gün isə qurumun rəhbərliyi onun Moskvadakı işinə son verib. Jurnalistə göndərilən məktubda buna səbəb kimi Moskvada işlərin yaxşı getməməsi göstərilir.

“Nə istədiklərini başa düşmədim. Son 6 ildə Rusiyanın müxtəlif qəzet, internet media , radio və televiziyalarında 50-dən çox çıxışım olub. Heç bir qarşılıq gözləmədən SU-24 böhranından sonra Türkiyənin mövqelərini Rusiyada müdafiə etmişəm. Buradakı türk məsləkdaşlarımdan isə ən çox eşitdiyim ifadə bu olub. “Rusiya-Türkiyə münasibətlərini boş ver, işdən çıxarılarsan, kimsə sənə sahib çıxmaz” olub.

Öyrəndiyimə görə işimə Moskvadan gələn tələblə son verilib. Təbiidir ki, buna sevinənlər də oldu. Çünki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyyətini tənqid edən, rus siyasətçilərinin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu çatdıran başqa heç kim yox idi. Sevinənlər arasında mən də varam. Çünki son günlər gözünə yuxu getməyən anam gecələr artıq rahat yata biləcək”- deyə jurnalist sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Fuad Abbasov son olaraq Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" siyasi tok-şousunda çıxış edib. Həmin verilişdə digər azərbaycanlı ekspertlər kimi F.Abbasov da ermənipərəst rusiyalı politoloqların və erməni ekspertlərin Qarabağla bağlı yalanlarına layiqli şəkildə cavab verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam