Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Politoloqdan Abbasova şok ittihamlar

 

   

                      Baş nazirin keçmiş müavini Abbas Abbasov yenidən fəallaşıb

 

 

      "Xeberinfo.com": Bir sıra mətbu orqanlar Abbas Abbasovun Moskvada Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzərRos”da çevriliş etməyə hazırlaşıraq bu qurumun yenidən öz nəzarəti altına götürmək istədiyini bildiriblər. Onun bu niyyətinin arxasında isə rəsmi Moskvanın Azərbaycana yenidən təzyiq etmək istəyi iddia olunur.

      Mövzu ilə bağlı AzNewsa.az açıqlama verən politoloq Qabil Hüseyinlinin sözlərinə görə, Abbas Abbasov Rusiyanın əlində bir vasitə alətidir:
     “Rusiya Abbasovdan bir dəfə istifadə edib və onlar bu kartdan yenidən istifadə etmək istəyirlər. Ruslar “AzərRos”un bayrağı altında Azərbaycana qarşı müxtəlif təxribatlar həyata keçirməyi planlaşdırır. Milyonerlər İttifaqı yenidən bərpa oluna bilər. Mən hesab edirəm ki, Abbas Abbasov heç bir uğur qazana bilməyəcək. A.Abbasov vurulmuş, Azərbaycan cəmiyyətində kifayət qədər nüfuzdan düşmüş bir kadrdır.”

      Politoloq bildirib ki, Abbasov Azərbaycan xalqının yaddaşında mənfi personaj kimi xatırlanmaqdadır:
“Onun Azərbaycan çörəyini yeyib, Rusiya imperializminə xidmət etməsi, həyat yoldaşının erməni olması, Azərbaycanın müstəqillik idealarına xəyanət etməsi Abbasovun Azərbaycan xalqının yaddaşında mənfi personaj kimi qalmasına səbəb olub. Rusiya ondan müəyyən nöqtəyə qədər istifadə etdikdən sonra onu yenidən lazımsız əşya kimi bir kənara tullayacaq. Abbas Abbasov bəlli bir məsafəyə qədər buraxılacaq. Mən hesab edirəm ki, nə ruslar, nə də Abbasov Azərbaycanla bağlı hazırladıqları mənfi planları həyata keçirə bilməyəcəklər”.

      Qeyd edək ki, AzNewsa.az saytı iki gün öncə Baş nazirin keçmiş müavini Abbas Abbasov Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzərRos”da çevriliş etməyə hazırlaşması barədə məlumat verimişdi (Həmin məlumatı BURADAN oxuya bilərsiniz). Bu gün isə “Yeni Müsavat” qəzeti onun bu qurumu tam nəzarətə götürməsi və ümumiyyətlə yenidən fəallaşmasının səbəblərini izah edən yazı dərc edib. Yazıda bu fəallaşmanın arxasında Azərbaycan qarşı çevriləcəyi, ölkənin Avrasiya İttifaqına qoşulmağa məcbur etməsi planının dayandığı ifadə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam