Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Fəxrəddin Abbasov Azərbaycana ekstradisiya olunur?

 

Talış separatçısı və Ələkrəm Hümbətov yaxın adamlarından biri kimi tanınan Fəxrəddin Abbasov (Aboszadə) Rusiyanın Lyuberç şəhərindəki istintaq təcridxanasından yoxa çıxıb.

Yenixeber.org: Bu barədə informasiyanı “Amnesty İnternational” təşkilatı yayıb. Məlumata görə, fevralın 27-də özlərini Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər istintaq təcridxanasına gələrək, orada Rusiya Baş Prokurorluğunun Abbasovun təcridxanadan azad edilməsiylə bağlı rəsmi məktubunu təqdim edib. Bundan sonra onlar Abbasovu özləri ilə aparıblar. Təşkilat Abbasovun şəxsi əşyalarının təcridxanada qaldığını bildirib.

Abbasovun təcridxanada aparılması barədə informasiyanı onun vəkili də təsdiq edib. Belə ki, onun 28 fevralda keçirilməli olan məhkəməsi məhz Abbasovun yerinin müəyyən edilməməsi ucbatından 18 marta təxirə salınıb.

“Amnesty İnternational” təşkilatının Rusiyadakı nümayəndəliyinin direktoru Natalya Zvyagina isə Abbasovun təcridxanadan Azərbaycana ekstradisiya üçün azad edilə biləcəyini iddia edib.

Qeyd edək ki, Fəxrəddin Abbasov Azərbaycanın Lerik rayonunda anadan olub. O, 1993-cü ildən Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. Abbasov həmçinin “Talış-Muğan Respublikası” yaratmağa cəhd edən Ələkrəm Hümbətovun yaxın adamlarından sayılır. Belə ki, o özünü dünyaya qondarma “Talış-Muğan Respublikası”nın parlamentinin spikeri kimi tanıdır.

Abbasov 2018-ci il sentyabrın 6-də Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Rusiyada həbs edilib

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam