Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

İmamoğluna mandat vermədilər, səslər üçüncü dəfə sayılacaq

 

Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ətrafında hakim partiya ilə müxalifət arasında mübahisə davam edir. Virtualaz.org xəbər verir ki, AKP-nin tələbi ilə İstanbulda etibarsız hesab edilmiş 330 minə yaxın səsin, o cümlədən 60-dan çox məntəqədə bütün səslərin  yenidən sayılması başa çatmaqda ikən Yüksək Seçim Kurulu Maltəpə rayonunda yenidən təkrar sayım qərarı verib.

Yenixeber.org: İstanbulun Maltəpə rayonu səslərin yenidən sayılmasında sonuncu rayon idi və prosesin bu gün başa çatacağı gözlənilirdi. Əgər səslərin yenidən sayılması başa çatsaydı CHP-nin namizədi Əkrəm İmamoğlunun bələdiyyə başqanı seçildiyi haqda mandatı almasına maneə qalmayacaqdı.

Lakin ötən gün axşam AKP və onun müttəfiqi MHP Maltəpədə 400 seçki məntəqəsi üzrə səslərin yenidən (artıq üçüncü dəfə) sayılmasını tələb edib. Beləliklə, sayılmamış qalan qutular da daxil olmaqla Maltəpə rayonunda 576 seçki qutusunda bülletenlər yenidən sayılacaq. Prosesin daha nə qədər zaman alacağı məlum deyil.

Xatırladaq ki, AKP İstanbulda seçkilərin nəticələrini tanımır və səslərin hesablanmasında, habelə seçici siyahılarının hazırlanmasında “kütləvi pozuntuların olduğunu” bildirir. Baxmayaraq ki, seçici siyahılarının hazırlanmasını hakimiyyət özü həyata keçirib, o cümlədən bütün seçki məntəqələrində AKP-dən olan komissiya üzvləri və müşahidəçiləri səsvermənin nəticələrinə dair protokolları imzalayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam