Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

AKP təkrar seçki tələb edir-İstanbulda

 

AKP İstanbulda təkrar seçki keçirilməsini tələb edir
Türkiyənin Ali Seçki Komissiyası (ASK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstabuldakı bütün səslərin yenidən sayılması ilə bağlı tələbini rədd etdikdən sonra hakaim partiya fövqəladə etiraz üsulundan istifadə edərək təkrar seçki keçirilməsini tələb edib.
Yenixeber.org: Bu barədə AKP-nin sədr müavini Əli İhsan Yavuz partiyanın baş ofisindəki iclasda deyib. Bildirib ki, AKP təkrar səsvermə yolu ilə seçki nəticələrinin ədalətli şəkildə yenilənməsinə nail olacaq. Yavuz həmçinin, İstanbul üzrə səsvermə prosesindəki qanun pozuntularında FETÖ-nün də əlinin olduğunu istisna etməyib.

“ASK “İstanbulda səslərin hamısının yenidən sayılmasına ehtiyac yoxdur” qərarını verib. Amma 51 qutuda səslərin sayılmasilə bağlı da qərar verib. Anlaya bilmirəm, bizim “51 seçki qutusunu sayın” deyə bir tələbimiz olmayıb. Çünki 51 qutunu saymağın heç bir mənası yoxdur. Biz o qutuları nümunə kimi göstərdik. Minlərlə belə qutu var... Ola bilsin ki, hələ də FETÖ-dən tam təmizlənməmişik. Kimlərinsə onlardan da istifadə etmək işinə yaramış ola bilər. Bir çoxları bu məsələdə işbirliyi qurmuş ola bilərlər. Fövqəladə etiraz üsulundan istifadə edərək İstanbuldakı seçkilərin yenidən keçirilməsini istəyəcəyik. Ali Seçki Komissiyasına fövqəladə etiraz yolu ilə müraciət etməyimizlə yanaşı, əmin olun ki, çoxsaylı araşdırma da başlayacaq”, – deyə Yavuz vurğulayıb. 

Bundan əvvəl AKP-nin ASK-dakı nümayəndəsi Rəcəb Özəl bildirmişdi ki, Komissiya İstanbuldakı 39 rayondan 21-dəki seçki məntəqələrində olan yalnız 51 seçki qutusundakı səslərin yenidən hesablanmasına razılıq verib. 

Qeyd edək ki, İstanbulun seçki dairələri üzrə etibarsız hesab olunan səslərin demək olar ki, 100%-i faizi sayılsa da, CHP təmsilçisi Əkrəm İmamoğlu 14 min 604 səslə AKP namizədi Binəli Yıldırımdan hələ də öndədir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam