Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İmamoğlu bayram edir, Yıldırım isə etiraz

 

İstanbul uğurunda iqtidar və müxalifət arasında savaş davam edir

Yenixeber.org: Türkiyədə bələdiyyə seçkiləri başa çatsa da, ölkənin az qala yarısında səslərin yenidən sayılması ilə bağlı şikayətlər verilib. Hazırda 21 vilayətdə, o cümlədən Türkiyənin qeyri-rəsmi paytaxtı İstanbulda səslərin yenidən sayılması prosesi gedir. Xüsusən də hazırda diqqətlər İstanbula yönəlib. 16 milyon əhalisi və 10 milyon seçicisi olan meqapolisin növbəti 5 ildə rəhbərinin kimliyi indi siyasi partiyalar, xüsusən də hökumət üçün ölüm-qalım məsələsinə çevrilib.

Qeyd edək ki, Türkiyə Yüksək Seçki Qurumunun qərarına əsasən İstanbul şəhərində 18 rayonda seçkilərin nəticələri yenidən sayılacaq. 15 rayonda yalnız etibarsız bülletenlər, 3 rayonda Kartal, Silivri və Çatalcada isə bütün səslər yenidən sayılacaq.

Ötən gün günorta saatlarında Türkiyə mediası səslərin yenidən sayıldığı 18 rayondan artıq 9-da prosesin başa çatdığı haqda xəbər yayıb. Xəbərdə qeyd olunur ki, yenidən sayımdan sonra AKP namizədi Binali Yıldırım və CHP namizədi Əkrəm İmamoğlu arasında səs fərqi ciddi şəkildə dəyişməyib. Belə ki, AKP rəsmiləri İmamoğlu və Yıldırım arasında səs fərqinin 19 minə endiyini, CHP tərəfi isə çox ciddi dəyişikliyin olmadığını bildirib.

CHP sədrinin müavini və partiya sözçüsü Faiq Öztrak nəticələrion ciddi şəkildə dəyişmədiyini bildirib. Son rəqəmlərə əsasən Əkrem İmamoğluna verilən səslərin sayı 4 171 min 390, Binəli Yıldırımın səsləri isə 4 milyon 151 min 351 olub. Yəni iki namizəd arasında 20039 səs fərqi var.

AKP-nin YSK-dakı təmsilçisi Rəcəb Özəl isə daha əvvəl olan 29 səs fərqinin 19 minə düşdüyünü bildirib. Hər iki tərəf aradakı fərqin azala biləcəyini desə də, CHP qanadı nəticələrin dəyişməyəcəyinə əmindir. Hakimiyyət isə aradakı fərqin Yıldırımın xeyrinə dəyişə biləcəyinə inanır. Bildirilir ki, bu günə qədər təkrar səslərin sayılması zamanı orta hesabla hər 5 məntəqədən birində Yıldırımın hesabına bir səs artır. Bu qayda ilə davam edərsə, Yıldırımın hesabına daha 6 min səs əlavə oluna bilər.

Xatırladaq ki, 31 mart seçkilərinin YSK-nın elan etdiyi rəsmi nəticələrinə əsasən CHP-nin namizədi Əkrəm İmamoğlu 24408 səs fərqi ilə qalib gəlib. Hakimiyyət partiyası isə etibarsız bülletenlərdə yanlışların olduğunu əsas gətirərək səslərin yenidən sayılması üçün YSK-ya müraciət edib. AKP İstanbul vilayət təşkilatının sədri Bayram Şenocak seçkilərin nəticələrinə təsir edə biləcək sayda, yəni 319 min 578 etibarsız bülleten olduğunu və bunların yenidən sayılmasının seçkilərin nəticələrinə təsir edəcəyini bildirib. 
CHP isə bildirir ki, Türkiyənin 21 vilayətində səslərin yenidən sayılması barədə qərar qəbul olunub. 5 vilayətdə səslərin hamısının yenidən sayılması haqda qərar verilib. Bu 5 vilayətdən 3-də səslərin sayılması başa çatıb, ancaq nəticələrdə ciddi dəyişiklik yoxdur.

Bu səbəbdən indi müxalifət təşkilatların seçki bülletenlərinin saxlanıldığı anbarlarda keşik çəkir, səslərin saxtalaşdırılması təhlükəsinin olduğunu bildirir. 
Qeyd edək ki, hazırda İstanbulda 9 rayonda səslərin yenidən sayılması prosesi başa çatıb, daha 9 rayonda isə davam edir. Səslərin sayılması aprelin 4-ü saat 23-dək davam edəcək. Ötən gün günorta saatlarına qədər İstanbulun Başakşehir, Bayrampaşa, Beykoz, Böyükçekmece, Adalar, Eyüpsultan, Fatih, Sarıyer və Şile rayonlarında səslərin sayılması başa çatıb. Çekmeköy, Ümraniye, Bağcılar, Bakırköy, Tuzla, Esenler ve Esenyurt kimi rayonlarda isə davam edir.
Ötən gün İstanbulun Güngören mərkəz bazarını gəzən Əkrəm İmamoğlu medianın suallarını cavablandırıb. Rəqibi ilə aralarında 20 min səs fərqinin olduğunu deyən İmamoğlu nəticələrin dəyişməyəcəyini deyib.

Yeri gəlmişkən, ötən gün artıq İstanbulun bir sıra rayonlarında İmamoğlunun rəsmləri ilə İstanbul seçicilərinə təşəkkür plakatları asılıb. Bir plakat isə İstanbul Böyük Şəhər Bələdiyyəsinin binasına asılıb. Ancaq İmamoğlunun bu hərəkətləri qarşı düşərgədə yaxşı qarşılanmayıb. AKP-nin namizədi Binəli Yıldırım deyib ki, sədr vəsiqəsini almadığı müddətdə İmamoğlunun bu şəkildə davranması qanunsuzdur. MHP isə İmamoğluna evdə oturub səslərin sayılması prosesini gözləməyi və film izləməyi tövsiyə edib. 
Əkrəm İmamoğlunun Ankaraya gedərək Atatürkün dəfn olunduğu “Anıtkabir” memorialında əklil qoyması və İstanbul bələdiyyə sədri kimi xatirə dəftərini yazması hökumət düşərgəsində qəzəb doğurub. Müdafiə Nazirliyi isə protokolun pozulduğunu əsas gətirərək daxili təhqiqat başladığıldığını bəyan edib. Seçki həyəcanı isə davam edir.

Ötən gün Türkiyə mətbuatı sədrləri dəyişən böyük şəhər bələdiyyələrinin borcları haqda yazıb. Araşdırmalara əsasən İstanbul BŞB-nin 22 milyard, Ankaranın 4,5, Antalya Bələdiyyəsinin isə 2,1 milyard lirə borcu var. Digər iri şəhərlərdə də böyük məbləğdə borclar yığılıb. Bu isə sədr dəyişikliklərinin uzun zaman mübahisə və müzakirələrə səbəb olacağını deməyə əsas verir. CHP artıq iki gün əvvəl İstanbul BŞB-dən bəzi sənədlərin və bahalı rəsm əsərlərinin çıxarıldığını iddia edib. Hətta elektron sənədlərin də ləğv edilməsi iddiaları var. Qarşı tərəf bu iddiaları təkzib edib.(müsavat)

Kənan Rövşənoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam