Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ASQ fövqəladə toplantı keçirdi:Qərar ləğv edildi - Təcili

 

 

Türkiyədə CHP-nin İstanbulda bəzi rayonlarda səslərin yenidən sayılmasının qarşısını alandan sonra gecə 23:15-də fövqəladə iclas keçirən Ali Seçki Qurumu (Mərkəzi Seçki Komissiyası) yekun qərar qəbul edib.

Yenixeber.org: Ali Seçki Qurumu İstanbul seçki komissiyasının şəhərin 7 ilçəsində (rayonunda) səslərin yenidən sayılmasının dayandırılması qərarını ləğv edib.

Beləliklə, AKP-nin iddiası əsasında Şile, Bayrampaşa, Ataşəhər, Ümraniyə, Beykoz, Fateh, Qaziosmanpaşada ləğv edilən səslər yenidən sayılacaq.

Qeyd edək ki, ötən gün protokollarda əksini tapan səslərin sistemə fərqli yerləşdirildiyini və buna görə Binəli Yıldırımın səs itirdiyini bildirən AKP İstanbulda bütün rayonlar üzrə səslərin yenidən sayılması üçün ASQ-yə müraciət etmişdi. ASQ sözügedən rayonlarda etibarsız sayılan səslərin yenidən sayılmasına qərar vermişdi.

Bunun ardınca isə CHP-nin iddiası əsasında İstanbul seçki dairəsi Ali Seçki Qurumunun qərarını dəyişmək səlahiyyəti olmamasına baxmayaraq, İstanbul rayonlarında səslərin yenidən sayılmasının dayandırılması barədə qərar çıxarmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam