Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

BMT üzən şəhərlər tikməyə çağırıb

Üzən şəhərlər bəşəriyyətə iqlimin dəyişməsi nəticəsində yaranacaq qlobal subasmadan xilas olmaq imkanı verəcək.

Yenixeber.org: TASS informasiya agentliyi xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Məhəmməd sabit inkişaf məqsədləri mövzusuna həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

“İqlim dəyişiklikləri nəticəsində şəhərlərin su altında qalması riskləri artır. Bəzi məlumatlara görə, Banqkok şəhəri hər il 2 santimetr batır və Siam körfəzində suyun səviyyəsi qalxmağa davam edir. Üzən şəhərlər arsenalımızda yeni alətlərdən biri ola bilər. Onlar sabit inkişaf məqsədləri istiqamətində yeni addım olacaq”, – deyə o bildirib.

BMT-nin məlumatına əsasən, əhalisi 300 min nəfərdən yuxarı olan şəhərlərin təxminən 60 faizi yüksək siklon, quraqlıq, daşqın, zəlzələ və vulkan püskürməsi riski qarşısındadır. Artıq belə qurğular bəzi regionlarda istifadə olunur. Məsələn, Sinqapur 1965-ci ildə üzən tikililər vasitəsilə öz ərazisini təxminən 25 faiz artırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam