Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gələn il bu şəhərlərin Baş Planı hazırlanacaq - SİYAHI

Gələn il bu şəhərlərin Baş Planı hazırlanacaq - SİYAHI

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın kiçik və orta şəhərlərinin baş planlarının hazırlanması üzərində işləyir.

Yenixeber.org: Bunu Komitənin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

D.Dövlətxanovun sözlərinə görə, həmin şəhərlərin sovet vaxtı hazırlanmış baş planları 90 faiz yenilənib və bu proses 2019-cu ildə başa çatacaq:

"Biz hazırda yerli təşkilatlarla müqavilələr imzalamışıq. Onlar respublikanın 6 şəhəri üzrə sənədlərin hazırlanmasına başlayıb. Bu şəhərlər Saatlı, Sabirabad, Kürdəmir, Daşkəsən, Şabran və Tərtərdir".

Sədr müavini qeyd edib ki, hazırki sosial-iqtisadi vəziyyətdə dövlət ölkənin kiçik və orta şəhərlərində obyektlərin tikintisini qismən maliyyələşdirir:

"Dövlət investisiyaları sosial-mədəni sahəyə, tibb, təhsil, mədəniyyət və idman obyektlərinin tikintisinə yönəldir. Mənzil və digər obyektlərin tikintisinə özəl sektor investisiya qoyur. Bununla da dövlət özəl sektorun inkişafı üçün imkanlar yaradır".

D.Dövlətxanov onu da əlavə edib ki, kiçik və orta şəhərlərin dinamik inkişafı da Bakı və digər iri şəhərlərin inkişafı kimi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. (trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam