Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

26 il əvvəl törətdiyi cinayətdən belə yaxalandı

 

Rowe ömürlük həbs cəzasına məhkum edilib.

 

    Yenixeber.org:   26 il əvvəl törətdiyi və iz buraxmadığını düşündüyü cinayət bacısının ailə şəcərəsi haqda məlumatı sayta yüklədikdən sonra açılıb.

 ABŞ-ın Lancester şəhərində orta məktəb müəlliməsi işləyən Christy Mirack 1992-ci ildə 25 yaşında təcavüzə məruz qalaraq öldürülmüşdü.

Müəllimənin qatili keçən il ailə şəcərəsi haqda məlumatların sayta yüklənməsindən sonra tapılıb.

Belə ki, DNT məlumatları Mirack cinayətində hadisə yerində olan xalçadan götürülən nümunələrlə eyni olub.

Polis məlumatları yükləyən qadının izinə düşüb və onun 50 yaşlı qardaşı Ratmond Charles Roweni tapıb.

DJ-liklə məşğul olan Rowe nəzarətə götürülüb.

İşlədiyi klubda içdiyi su stəkanından nümunə götürən agentlər nümunələri qarşılaşdırıblar.

Rowe ömürlük həbs cəzasına məhkum edilib.

Qatil məhkəmədə müəlliməni öldürməsinin səbəbini açıqlamayıb, sadəcə "Üzr istəyirəm" deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam