Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Kim Çen In Trampa xəbərdarlıq etdi

 

Kim Çen In Trampa xəbərdarlıq etdi
Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, Koreya yarımadasının nüvəsizləşdiirlməsi naminə amerikalı həmkarı Donald Trampla istənilən vaxt yenidən görüşərək danışıqlar aparmağa hazırdır. Lakin əgər Vaşinqton özünün sanksiya və təzyiqlər siyasətindən əl çəkməsə, Pxenyan alternativ yol seçməyə məcbur olacaq.
 Yenixeber.org: "Reuters”ə istinadən xəbər verir ki, Kim Çen In dövlət televiziyası vasitəsilə xalqa yeni il təbrikində ABŞ-a xəbərdarlıq edib. 

Onun sözlərinə görə, nüvəzisləşdirmə məsələsində niyyəti ciddidir və ilk dəfədir ki, Şimali Koreya daha nüvə silahları istehsal etməyəcək. Amma bunun qarşılığında durğun diplomatik prosesin sürətlənməsi üçün Vaşinqton da müvafiq addımlar atmalıdır. Bu sıraya, Cənubi Koreya ilə birgə hərbi təlimlərə son qoymaq da daxildir. 

“Əgər ABŞ bizə qarşı nəyisə birtərəfli qaydada sırımağa çalışarsa və sanksiyalar və təzyiqlər siyasətinə sadiq qalarsa, öz suverenliyini qorumaq naminə Şimali Koreya yeni yollar axtarmaq məcburiyyətində olacaq. Cənubla Şimali Koreyanın sülh və çiçəkələnmə yolunu seçdikləri bir vaxtda, biz tələb edirik ki, xarici qüvvələrlə birgə hərbi təlimlərin keçirilməsinə daha icazə verilməməlidir və xarici strateji aktivlər kimi müharibə avadanlıqlarının Koreya yarımadasında yerləşdirilməsi tamamilə dayandırılmalıdır” – Kim Çen In vurğulayıb. 

Şimali Koreya liderinin bu xəbərdarlığına Ağ Ev və ABŞ Dövlət Departamentindən hələlik reaksiya verilməyib. Rəsmi Seul isə Pxenyanın bu qətiyyətini ABŞ və Cənubi Koreya ilə münasibətləri irəlilətmək istəyi kimi dəyərləndirərək, Çen Inın nitqini müsbət qarşılayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam