Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şimali Koreya ABŞ-la razılaşmadan geri çəkilir?- İstəmirik

 Pxenyan hökuməti ABŞ-ın nüvə silahı məsələsindəki mövqeyindən məmnun deyil. Birtərəfli nüvəsizləşdirmə istəmirik.

Yenixeber.org: Bu sözləri Şimali Koreya Xarici İşlər naziri Ri Yonq Ho Sinqapurda keçirilən ASEAN ölkələrinin iclasında deyib. O, Şimali Koreya lideri Kim Çen İnin 12 iyunda ABŞ Prezidenti Donald Trampla aralarında imzalanmış razılaşmaya əməl etdiyini, lakin ABŞ-ın mövqeyinin tərəflər arasında inamı sarsıtdığını deyib:

“ABŞ bizim narahatlığımızı aradan qaldıracaq addım atmadığı müddətcə birtərəfli olaraq gələcəyə istiqamətlənmiş işlər görməyəcəyik. ABŞ yalnız Şimali Koreyaya qarşı sanksiyaların qorunması məsələsində səsini qaldırır”.

ABŞ Dövlət katibi Mayk Pompeo isə Şimali Koreyanın nüvəsizləşdirmə müddətini tamamlaması baxımından müsbət fikirdə olduğunu deyib. O, Pxenyan hakimiyyəti üzərində siyasi və iqtisadi təzyiqlərin davam etdirilməsinin vacib olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam